İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Fransanın əyalətinə çevrilir - Fransızların ayağı dəyən yerdə isə...

2749 03.10.2022 16:50 Gündəm A A

Azərbaycana qarşı təxribatlarından əl çəkməyən Ermənistan hərb meydanında rəzil duruma düşdükdən sonra ora-bura can atır, hiyləgərlik edir.

Ancaq çırpındıqca özünü daha da dibə çəkir, batırır. Tarix boyu maşa olmağa böyük sevgi ilə yanaşan Ermənistan indi görünür, özünü bu işə də layiq bilmir.

Bu gün Ermənistan ciddi cəhdlə Minsk qrupunun adı altında Fransanı bölgəyə gətirmək istəyir. Söhbət sərhəddəki təhlükəsizlikdən gedir. Ermənilər hesab edirlər ki, Rusiyanı itirdikdən sonra Fransanı bölgəyə çəkməklə istəklərinə nail olacaqlar. Ancaq yanılırlar. Niyəsini aşağıda qeyd edəcəyik...

Yada salaq ki, ötən həftə Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornyu arasında görüş keçirilib. Nazirlər görüş zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.

Ermənistan müdafiə naziri fransalı həmkarı ilə silah alınması barədə  danışıb? – BAXIŞ BUCAĞI

“Tezliklə Fransa nümayəndə heyəti vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana göndəriləcək”, - deyə Lekornyu qeyd edib.

Fransa nəyi qiymətləndirir? Onu Ermənistanın yanında dayanmağa sövq edən yalnız ermənipərəstliyidir? Əlbəttə ki, xeyr.

Hadisələr göstərir ki, Fransa olan yerdə həmişə qeyri sabitlik olub. Tarix boyu Fransa öz maraqlarına uyğun hakimiyyətləri dəstəkləyib, ya onları devirib, ya da terrorçuları onlara qarşı istifadə edib. Belə bir ölkəyə necə etibar etmək olar?

Fransa 19 və 20-ci əsrdə dünyanın ikinci böyük müstəmləkə imperiyası olub. Fransız müstəmləkə imperiyasının sahəsi 1900-1930-cu illər arasında 24.000.000 km² olub. Bu, dünyadakı torpaqların sahəsinin 17.8%-inə bərabər idi.

7,764 Paris 1910 Photos and Premium High Res Pictures - Getty Images

Bu müstəmləkə ölkələrindən biri də, hələ də Fransanın əl çəkmədiyi Burkina Fasodur.

Fransanın dəstəklədiyi Burkina Fasoya nəzər salmaqla ermənilər öz gələcəklərini görə bilərlər. Bu ölkədə son 60 ildə Fransanın dəstəyi ilə 10 dəfə qarşıdurma olub.

Dünən də ölkədə hərbi fəaliyyət başlayıb.

Məlumat üçün bildirək ki, Burkina Faso 1896-cı ildən 1960-cı ilə - müstəqillik əldə edənə qədər bir Fransız koloniyası olub.

Burkina Faso | Country Page | World | Human Rights Watch

20 milyondan çox əhalisi olan Burkina-Fasonun 61 faizi müsəlman, 23 faizi katolik xristian, 16 faizi isə yerlidir. Ölkənin rəsmi dili hələ də fransız dilidir.

Ölkədəki çevrilişin tarixi kifayət qədər qədimdir. Ölkə 1960-cı ildə müstəqilliyini əldə etdikdən 6 il sonra ilk hərbi çevrilişlə üzləşib. Daha sonra isə 14 iyun 1970-ci ildə təsdiq edilən yeni konstitusiya ilə dörd illik keçid dövrü başlayıb. Bu konstitusiyadakı fikir ayrılıqları nəticəsində 1977-ci ildə yeni konstitusiya hazırlanaraq təsdiq olunub və 1978-ci ildə keçirilən seçkilərdə Sanqule Lamizana prezident seçilib.

Ancaq Fransanın “dəstəyi” yenə də özünü göstərib. Ölkə 1980-ci ildə növbəti çevrilişin şahidi olub. Ölkənin tarixinə nəzər saldıqda, çevrilişlərin bir-birinin ardınca baş verdiyi görünür. 1980-ci il çevrilişindən üç il sonra, 1983-cü ildə növbəti çevriliş baş verib.

How Burkina Faso became the epicentre of conflict in the Sahel | Features |  Al Jazeera

Burkina Faso 1960-cı ildə müstəqillik əldə etdikdən sonra 10-a yaxın hərbi çevrilişlə üzləşib və tez-tez xarici müdaxilə qarşısında aciz qalıb. Bu müdaxilələrin də hər birinin altında Fransanın əli olub.

Fransa 2013-cü ildən terror təşkilatlarına qarşı mübarizə bəhanəsi ilə həmin bölgədəki hərbi gücünü geri çəkib.

Əl-Qaidə və İŞİD-ə bağlı qruplar Mali, Niger və Burkina Fasonun ortaq sərhədi olan “Liptako Gourma” adlı sərhəd xəttində hər il yüzlərlə insanın ölümünə səbəb olan hücumlar həyata keçirir.

Is organised crime fuelling terror groups in Liptako-Gourma? - ISS Africa

Terror təşkilatları narkotik, silah, yanacaq qaçaqmalçılığı kimi qeyri-qanuni yollardan əldə etdikləri ciddi gəlirlərlə fəaliyyətlərini günü-gündən artırırlar.

Onu da bildirək ki, dünyanın ən kasıb ölkələri arasında olan Niger, Mali və Burkina Faso dövlət çevrilişləri və daxili qarışıqlıqlar səbəbindən ordularını kifayət qədər büdcə və texnika ilə təmin edə bilmir və bu təşkilatlarla mübarizədə aciz durumdadırlar.

Bu ölkələrdə Fransa guya terrora qarşı çıxması adı ilə 10 ildən çox hərbi güc saxlayıb. Ancaq ölkələr Fransanı terror təşkilatlarını dəstəkləməkdə ittiham edirlər.

Fransa Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırıb

Təxribatçı Ermənistana dəstək verməsi Fransanın tarixi genindən də gələ bilər. Unutmayaq ki, Şimali Afrika üzərində imperialist maraqlarını XVII əsrdən həyata keçirən Fransa milyonlarla insanı qətlə yetirib, yüzlərlə kənd və şəhəri darmadağın hala salıb. Tarixi məlumatlara görə, Fransa Əlcəzairdə 1830-cu ilə qədər 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı öldürüb. Heç bir insani mahiyyət daşımayan bu soyqırımlarda sadə müsəlmanların yalnız bir qurtuluş imkanları var idi: ərəb kimliyindən və İslamdan imtina edərək Fransa təbəəliyini qəbul etmək. Bu ,Fransanın mədəni soyqırım siyasəti idi. Həmin dövrdə Əlcəzairdə xalqa ana dilində danışmaq, yazmaq, adət-ənənlərini təbliğ etmək qadağan edilmişdi. Silah gəzdirən, siyasi xarakterli söhbət, toplantı keçirmək istəyənlər yerindəcə güllələnirdi.

İndi də Fransa guya Cənubi Qafqazın üz qarasına, özü-özünü çıxılmaz köşəyə salan, təxribat, təcavüz, hirləgərliyindən əl çəkə bilməyən Ermənistana “əl tutur”. Erməni anlamır ki, Fransanın ayağı dəyən yerdə 60 il ot bitmir. Sözsüz ki, Fransanın məqsədləri var.

Qafqaz dağları — Vikipediya

Söhbət Ermənistan sevgisi deyil, öz mənafeyi, yeni planlarıdır. Bölgədə Ermənistanın əli ilə qarşılıqlıq yaratmağa çalışan Fransanın qarşısında əslində, digər dövlətlər də dayanmalıdır. Çünki strateji bölgə hesab edilən bu ərazilərdə Fransanın məkrli planları həm gələcək meqa layihələrə, həm də sabitliyə zərər verəcək ki, bu da heç kim üçün faydalı deyil. Bu, heç darmadağın olan Ermənistana da sərf etmir. Ən azından ona görə ki, hazırda darmadağın olsa da, bir dövlət kimi mövcuddur. Ancaq öz yanlış gedişləri onun mövcudluğunu da təhlükəyə atır.

Onu da bildirək ki, işğal dövründə Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın daim ədalətli yanaşma ortaya qoymasını tələb edirdi. Lakin heç zaman bu, baş vermirdi. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi.

Fransanın əsl siması tarixi faktlardan aydındır. Ermənistanın gələcəyi və özünü daha hansı bəlalara salacağı isə sual altındadır...

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR