İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan əsir düşən hərbçilərimizlə bağlı - MƏLUMAT PAYLAŞDI

1371 17.04.2023 12:59 Region A A

Ermənistanın Baş prokurorluğu əsir düşən hərbçilərimizlə bağlı məlumat paylaşıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb.

Məlumatda bildirilib ki, baş prokurorluq açıqlayıb ki, Ermənistanda saxlanılan Azərbaycan hərbçiləri cinayət məsuliyyətinə cəlb edilib və həbs ediliblər.  Onlara Ermənistanda “sərhədi qanunsuz keçmək, silah-sursat daşımaq” maddəsi ilə iş açılıb.


Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb.

Sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR