İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ÇALXALANIR - Bu gün bütün İrəvan İFLİC EDİLƏCƏK

1820 17.05.2022 07:21 Gündəm A A

Ermənistan müxalifəti bu gün paytaxt İrəvanı iflic vəziyyətə salacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin vitse-spikeri, müxalif “Ermənistan” fraksiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

“Saat 8:00-dan biz bütün şəhərdə kütləvi itaətsizlik və etiraz aksiyalarına başlayacağıq. Küçələri bağlayacağıq, nəqliyyatı bağlayacağıq. Səhər bütün şəhər iflic vəziyyətinə düşməlidir”, - o deyib.

Saqatelyan dövlət qulluqçularına, işə gedəcək bütün vətəndaşlara müraciət edib: “İşəgötürənlərinizə sabah işə gəlməmək üçün qanuni hüququnuz olduğunu bildirin, çünki şəhər mahiyyətcə iflic olacaq".

Müxalifətçi tələbələri dərsə getməməyə, mübarizəyə qoşulmağa çağırıb.

O, sürücüləri də küçələrdə siqnal siqnalı verməyə və bununla da etirazlara qoşulmağa dəvət edib.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR