İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycanla sərhəddə yeni müdafiə xətti qurur - Hərbi ekspert AÇIQLADI

4328 17.10.2022 19:40 Qarabağ xəbərləri A A

Ermənilər Azərbaycanın silahlı PUA və döyüş təyyarələrinin hava zərbələrindən qorunmağın yollarını axtarırlar

Ermənistan Azərbaycanla sərhədboyu ərazilərdə yeni mühəndis-istehkam xəttinin qurulmasını həyata keçirir.

Musavat.com xəbər verir ki, bu sözləri hərbi şərhçi Ramil Məmmədli deyib.

Ekspertin sözlərinə görə, bu müdafiə xətti təxminən 400 km-lik sərhəd zolağını əhatə edəcək:

"Bu müdafiə xətti Göyçədən Araz çayına qədər olan Azərbaycanla həmsərhəd bölgəni əhatə edir. Ermənistan ordusunun yeni müdafiə xəttinin inşası prosesini həyata keçirən mühəndis-istehkam xidmətinə silahlı pilotsuz uçuş aparatlarından və döyüş təyyarələrinin hava zərbələrindən qorunmaq üçün zəruri sayılan amillərə diqqət yetirilməsi tapşırılıb. Ermənistanın yeni müdafiə xəttini yaratması hücum əməliyyatının tərkib hissəsidir. Azərbaycan Müdafiə Nazirliyinin, o cümlədən qeyri-rəsmi mənbələrin Ermənistanın Göyçə və Zəngəzur istiqamətinə hərbi texnika və canlı qüvvə topladığına dair informasiyaları da bu ümumi prosesin tərkib hissəsi hesab oluna bilər.

R. Məmmədli vurğulayıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi müdafiə xətti olmadan həmin istiqamətdə hücum əməliyyatının başlanmasının məqsədəuyğun olmadığını yaxşı bilir:

"Ermənistanın bölgədəki bu addımları sülh müqaviləsinin imzalanmasına, sərhədin delimitasiyası və demarkasiyası işlərinə mənfi təsir göstərməklə yanaşı, yeni müharibənin başlanğıcını qoya bilər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR