İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan Azərbaycanın nəzarəti altındadır”

2072 10.12.2023 16:09 Son xəbər A A

“Mən bir qrup Qarabağ ermənisinə səslənirəm - nə qədər ki, Ermənistanın özü Azərbaycanın nəzarəti altındadır, siz heç vaxt Qarabağa qayıtmayacaqsınız. Üstəlik, məktub yazmağa davam etsəniz və ümidinizi beynəlxalq ictimaiyyətə bağlasanız, ümumiyyətlə geri dönməyəcəksiniz”.

Musavat.com xəbər verir ki, bu barədə erməni media eksperti Tiqran Köçəryan öz feysbuk səhifəsində yazıb.

Köçəryan bu statusunda guya bir qrup Qarabağ ermənisinin dünya ictimaiyyətinə ünvanladığı məktub məsələsinə toxunub.

“Məktubda Şaumyanı (keçmiş rayon, hazırda Goranboy rayonunun ərazisi - red.) xatırlatmaq müəlliflərin reallıqdan tam uzaqlaşdığını göstərir. Məktubun altında hörmət etdiyim insanların imzaları da var. Ümid edək ki, onlar mətni oxumadan, sırf dostluq naminə imzalayıblar”, - deyə Köçəryan qeyd edib.

Qeyd edək ki, həmin ermənilər hətta Goranboyun belə onlara verilməsini tələb edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR