İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycana HÜCUM ETDİ!

3924 11.04.2023 18:50 Gündəm A A

"Nəhayət, Ermənistan Azərbaycana hücum etdi".

Musavat.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli qeyd edib.

" - Əvvəlcə, Ermənistan Azərbaycan-Ermənistan rəhbərlərinin planlaşdırılan Vaşinqton görüşü haqda informasiya yaydı.

- Daha sonra Qarabağdakı separatçılar guya görüş üçün Azərbaycana xəbər göndərdi.

- Əlbəttə, üçüncü mərhələdə dərhal sərhəddə döyüşlər olmalı idi. Çünki Soçi qala-qala Vaşinqton niyə olsun ki...

Allah şəhidimizə rəhmət eləsin, hazırda əməliyyat davam edir.

Yekunda, bölgədə Avropa İttifaqının yarım hərbi missiyası arzusuna çatdı - Azərbaycanı fərqi yoxdur, istənilən səbəbə görə ittiham etməyə start verə bilərlər.

Bu arada, Vaşinqton görüşündə sülhün ilkin versiyası ortaya çıxa bilərdi. Ayrıca, döyüş zonasında xüsusi təyinatlılar işləyib. Görünür, demarkasiya gedirmiş.

Qaldı döyüşün baş verdiyi zonaya - köhnə dəhlizin başlandığı yerdir. Üçbucaqdan daxilimizə doğru nə planlaşdırıblar ki. Aydındır, niyə orda məhz erməni korpus komandiri vardı və yaralanıb? Demək ki, Paşinyanın "Azərbaycan işğala hazırlaşır" fikrini icra edirmiş", - siyasi şərhçi vurğulayıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR