İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan 2024-cü il üçün KTMT-yə 53 milyon rubl ödəməlidir

492 13.07.2024 11:43 Dünya A A

Ermənistanın 2025-ci il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ödəməli olduğu üzvlük haqqı hesablanacaq.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“2025-ci ilin büdcə layihəsinə baxılacaq, bütün maddələr buna uyğun hesablanacaq”, - o bildirib.

V.Vasilyevin sözlərinə görə, İrəvanın haqqı ödəyib-ödəməyəcəyi ölkə rəhbərliyinin siyasi iradəsidir.

O qeyd edib ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür - Rusiya ümumi məbləğin yarısını, qalan 50 %-i isə digər beş dövlət, hər biri 10 % ödəməlidir. Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubl müəyyən edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR