İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin azərbaycanlılara qarşı böyük qətliamları- 31 Mart bir başlanğıc olub...

705 29.03.2023 17:31 Region A A

 

Martın 31-də Azərbaycanlılara qarşı törədilən soyqırımın növbəti ildönümüdür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində on minlərlə  azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Əslində, ermənilərin soyqırım siyasəti təkcə 1918-ci illə yekunlaşmayıb. Tarix başdan-başa ermənilərin azərbaycanlılara qarşı teraktı, soyqırım cəhdləri ilə doludur.

1988-ci ildən ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də ona bitişik 7 rayonu işğal edilib, beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 30 ilə yaxın dövr ərzində bu adamlar zülm çəkiblər, yurd həsrəti ilə yaşayıblar, bir qismi də bu həsrətlə dünyadan köçüb.

 tarix06.jpg (139 KB)

Qarabağın işğalı zamanı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərin Sovet dövründə (deportasiyalar) də, I Qarabağ müharibəsi (Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və s.) dövründə də, işğal illərində də (ekosid, vandalizm və s.), Vətən müharibəsi dövründə də (Gəncənin, Bərdənin raketlərlə vurulması və s.) davam edib.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.

 Bərdənin_bombalanması_28.10.2020.jpg (276 KB)

Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Vətən müharibəsi dövründə  ermənilərin Gəncəni raketlərlə vurması nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bütün bunlar terror, soyqırıma cəhd deyil, bəs nədir?

Bu gün ermənilər də  yalançı, qondarma soyqırımlarını qabardır, dünyada özləri kimilərdən dəstək də ala bilirlər. Ancaq ortada fakt, sübut yoxdur. Baş verməyən bir hadisənin faktının, sübutunun olması da mümkün deyil.

Ekspertlər bildirirlər ki, azərbaycanlılara qarşı soyqırım faktlarla sübuta yetirilib. Azərbaycanlıların soyqırımının qurbanlarının siyahısı var. Bəs, ermənilər görək, qondarma soyqırım iddialarını  sübut edəcək siyahı verə bilərlərmi?! Biz isə dünyaya 1918-ci ildə soyqırıma məruz qalan azərbaycanlıların siyahısını verə bilərik.

Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

esasss.jpg (127 KB)

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir

Ermənilər 30 illik işğal dövründə də tarixi vəhşiliklərini davam etdiriblər. Bu zaman ərzində də təkcə insanlara deyil, abidələrə, tikililərə qarşı da soyqırım həyata keçiriblər.

Vandallıq, vəhşilikdə dəyişən bir şey yoxdur. Erməni həmin ermənidir, sadəcə illər fərqlidir.

-a440a3d316033705209425169341081.jpg (257 KB)

Məsələn, Başlıbeli faciəsinə diqqət edək. 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar.

Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib.

trend_xocavrnd_mezarlig_041022_0.jpg (438 KB)

Yaxud da ötən il Edillidə, Füzulidə tapılan kütləvi məzarlıq. Bu məzarlıqda azərbaycanlılar toplu şəkildə, paltarlı, ayaqqabılı formada basdırılmışdı.

Ermənilər əslində, bu gün də soyqırım törətmək, azərbaycanlılara qarşı vəhşilik etmək arzusundadırlar. Sadəcə olaraq Azərbaycan dövləti, Ordumuz onlara başlarını qaldırmağa imkan vermir.

100 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş bu soyqırım siyasətini Vətən müharibəsindəki tarixi qələbə dayandırdı. Bundan sonra da dövlətimiz, ordumuz sayəsində ermənilər baş qaldıra bilməyəcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR