İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərə məxsus təcili yardım maşını Laçın-Xankəndi yolundan keçdi - SON DƏQİQƏ

2538 19.12.2022 12:56 Qarabağ xəbərləri A A

Beynəlxalq Qırmızı Xaç Təşkilatının avtomobilləri Laçın-Xankəndi yolundan maneəsiz keçib.

Musavat.com xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Beynəlxalq Qırmızı Xaç təşkilatının avtomobillərinin arasında ermənilərə məxsus təcili yardım maşını da olub.

Jurnalistlərə verilən məlumata görə, bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib. Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

Video, fotolar: Məhəmməd Türkmən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR