İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Azərbaycanla MÜHARİBƏ gözləyir

2221 04.03.2024 15:44 Region A A

Ermənistanda respondentlərin 55,1%-i yaxın gələcəkdə Azərbaycanla yeni müharibə təhlükəsini tamamilə real hesab edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu rəqəm “Gallup International”ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələrində ortaya çıxıb.

Sorğulara görə, 25,5% yeni müharibənin “çox güman ki, mümkün” olduğuna, 9,8% müharibənin “olduqca qeyri-mümkün” olduğuna inandığını, 7,2% isə hadisələrin bu cür inkişafına qətiyyən inanmadığını bildirib.

Sorğuda iştirak edənlərin əksəriyyəti ölkədəki mövcud vəziyyəti “hökumətin səriştəsiz fəaliyyəti” ilə əlaqələndirir. Respondentlərin yalnız 13,5%-i Ermənistan hökumətinin qondarma qurumun həbs olunan rəhbərlərinin Azərbaycan həbsxanalarından azad edilməsinə yönəlmiş səylərini yetərli hesab edib; 12,4% bu səyləri “olduqca adekvat” hesab edib; 15%-i bu səyləri “bir qədər qeyri-kafi”, 44,4%-i isə “qeyri-kafi” sayıb.

Respondentlərin əksəriyyəti – 45,2% hökumətin Qarabağ hərəkatının 36-cı ildönümü ilə bağlı heç bir tədbir təşkil etməmək qərarını səhv hesab edib. Digər 15,3% isə bunun “olduqca yanlış” olduğuna inandığını söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR