İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni türkoloq Pezeşkiandan DANIŞDI: “Bu mövqe DƏYİŞMƏYƏCƏK”

957 09.07.2024 16:06 Dünya A A

“Məsud Pezeşkianın İran prezidenti seçilməsi bu ölkənin regional siyasətində əsaslı dəyişikliklərə səbəb olmayacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli türkoloq Ruben Safrastyan danışıb.

“İranın Ermənistanla münasibətlərdə mövqeyi aydındır və qalıcı olacaq. İran Ermənistanla dostluq münasibətlərini davam etdirəcək. Pezeşkianın türk mənşəyi bu münasibətlərə təsir etməyəcək”, - deyə Safrastyan “Oragir” verilişinin efirində deyib.

Ruben Safrastyanın sözlərinə görə, Türkiyə Pezeşkianın seçilməsi fonunda İranla münasibətlərin yaxşılaşacağına ümid edir:

“Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Məsud Pezeşkianın türk köklərinə işarə edən bəyanatı da göstərir”.

“Yeni prezident İran siyasi elitasının müəyyən bir hissəsini təmsil edir və onun prioriteti İranın maraqları və İran siyasətidir”, - deyə erməni ekspert əlavə edib.

Azərbaycanla münasibətlərə, xüsusən də İranın Sünik məsələsində mövqeyinə gəlincə, Safrastyanın fikrincə, bu mövqe də dəyişməz olaraq qalır, çünki İran tərəfi üçün bu, həm də strateji məsələdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR