İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni polisləri parlament binasının qarşısında tikanlı məftillər quraşdırır - VİDEO

507 10.06.2024 18:30 Son xəbər A A

Erməni polisləri parlament binasının qarşısında tikanlı məftillər quraşdırır.

Musavat.com Trend-ə istinadən bildirir ki, bununla bağlı videogörüntülər erməni "Telegram" kanallarında yayılıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanda etirazlara rəhbərlik edən keşiş Baqrat Srbazan (Qalstanyan) bildirib ki, deputatlar etirazçıların tələblərini yerinə yetirməsə parlamentə girişi bağlayacaq.

Xatırladaq ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR