İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazirdən etiraf: “Rusiyadan asılıyıq”

516 07.03.2024 20:59 Region A A

Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan deyib ki, Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq bu ölkə üçün riskli olacaq, çünki iqtisadi cəhətdən Rusiyadan asılıdır.

Musavat.com bu barədə erməni mediaya istinadən bildirir.

“Bizim Rusiya Federasiyasından müxtəlif sahələrdə: ixrac, idxal, enerji və digər məsələlərdə kifayət qədər böyük asılılığımız var. İstənilən halda, suverenliyimizi gücləndirmək üçün bir nöqtədən asılılıq, nə olursa olsun, şaxələndirilməlidir. Hər hansı bir yerdən asılılıq arzuolunmazdır. Hesab edirəm ki, Aİİ-dən çıxmaq riskli olardı”, - o jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR