İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazir müavini əsəbiləşdi: “İndi siz məndən daha çox vətənpərvərsiz”?

870 03.04.2023 14:06 Region A A

 

“Rəsmi xəbərləri izləyin. Əgər sənin səsin mənim səsimdən yüksəkdirsə, bu o demək deyil ki, düz deyirsən”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri aprelin 3-də Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə jurnalistlərlə söhbətində deyib.

Erməni nazir müavini Azərbaycan ordusunun Tex kəndinə doğru irəliləməsi ilə bağlı suallara cavab verməyib.

“Ordunun əl-qolunu kim bağlayıb” sualına nazir müavini belə cavab verməklə kifayətlənib: “Bizim əlimizdən tutan yoxdur”.

“Müdafiə Nazirliyinin mətbuat xidməti var ki, burada operativ rəsmi məlumatlar verilir. Biz kiçik ölkədə yaşayırıq, hər şeyi tez aydınlaşdırmaq olar və heç nəyi gizlətmək mümkün deyil”, – deyə Arman Sarkisyan qeyd edib.

Jurnalistlərdən biri “azərbaycanlıların bu ərazilərdə möhkəmlənməsinə kim icazə verib” sualını verib. “Sənin məndən daha vətənpərvər olduğuna kim qərar verib?”,-deyə nazir müavinin reaksiyası bu cür olub.

Arman Sərkisyanın sözlərinə görə, hazırda diqqət daha çox orduda nizam-intizam hallarının möhkəmlənməsinə yönəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR