İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifətindən Paşinyanın döyülməsi ilə bağlı AÇIQLAMA

729 03.04.2023 16:19 Region A A

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın oğlunun döyülməsi ilə bağlı yayılan məlumatlara şübhə ilə yanaşır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müxalifətin ombudsman vəzifəsinə namizədi Edqar Kazaryan parlamentin spikeri Alen Simonyanı yalan məlumat yaymaqda suçlayıb.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, baş nazirin oğlu dövlət himayəsində olan şəxslər kateqoriyasına aiddir.

“Bu o deməkdir ki, hücum və ya hər hansı başqa hadisə baş verərsə, Dövlət Mühafizə Xidməti, polis və ya İstintaq Komitəsi müvafiq bəyanat verməli idi. Bu məsələ ilə bağlı heç bir rəsmi məlumat olmadığına görə, bu məlumatların həqiqətə uyğun olmadığını və digər mənbələrdən gələn məlumatlara əsaslandığını düşünmək üçün bütün əsaslar var”, - deyə Kazaryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR