İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediasının Paşinyanla bağlı yazdıqları GÜNDƏM OLDU

1195 20.06.2023 12:53 Son xəbər A A

Xəbər verildiyi kimi, bu ilin iyulun 12-də Lissabonda Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu baş tutacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Past” qəzeti danışıqlar fonunda baş nazir Nikol Paşinyanın Rusiya əleyhinə təbliğat aparması üçün üzərinə öhdəlik götürdüyünü yazıb.

“Əslində, Ermənistanın informasiya və təbliğat sahəsində növbəti dalğanı yaymaq üçün hakimiyyətin vaxtı da var. Söhbət bir neçə “blok”dan – anti-Rusiya mühitinin yaradılmasında və Qarabağın “təslim olmasından” gedir.

Qəzetin yazdığına görə, Paşinyan anti-Rusiya dalğasını gücləndirməklə bağlı Dilicandakı görüşdə komandasına hərtərəfli göstəriş verib. Baxmayaraq ki, əslində hakimiyyət artıq bu prosesə başlayıb: xüsusən də “biz heç kimdən asılı deyilik və ya buxovdan qurtulmaq istəyirik” kimi ifadələr bu məntiqə tam uyğun gəlir.

“Bizdə olan məlumata görə, Lissabon öncəsi qurulacaq təbliğatın əsas istiqamətləri də bəlli olub. İqtidar bu dövrdə “Ermənistan hakimiyyətinin Qarabağla heç bir əlaqəsi yoxdur”, “Biz Qarabağdan danışıqlar aparmaq üçün mandat almamışıq. ”, “Bakı-Xankəndi arasında dialoq platforması yaratmaq lazımdır”, ən əsası isə “Rusiya sülhməramlılarına alternativ üçüncü vasitəçi ölkələrdir” kimi tezislərdən istifadə edəcək”,-deyə qəzet yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR