İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni keşiş molla rejiminə təşəkkür etdi

664 17.01.2023 13:21 Siyasət A A

Güney Azərbaycanda yaşayan ermənilərin Yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçiyan İran hökumətinə minnətdarlıq edib.

Musavat.com xəbər verir ki o, İran hökumətinin ölkədə yaşayan ermənilərə qayğıkeşliyindən ağız dolusu dəm vuraraq, ermənilərə aid klisə və mərkəzlərə verilən dəstəyi yüksək qiymətləndirib.

Çiftçiyan İranın ərazi bütövlüyünün qorunub saxlanılmasını bütün ermənilərin böyük arzusu olduğunu qeyd edib.

Xatırladaq ki, Çiftçiyan bir neçə gün öncə də Fransanın "Charlie Hebdo" nəşrinin Xamneyinin İranda etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc etməsindən narahatlığını ifadə edib.

"Bu addım ermənilərin də ürəyini yaralayıb"- o, deyib.

Qeyd edək ki, şəkil erməni keşiş Çiftçiyanın bir müddət öncə Ərdəbilin əyalət mollası və anti-Azərbaycan mövqeyi ilə tanınan ayətullah Həsən Amili ilə görüşünə aiddir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR