İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertdən Xankəndi açıqlaması: "İflasdır, heç ermənilər özləri dəstəkləmir"

1849 20.07.2023 22:12 Region A A

“Xankəndidə artıq 5 gündür etiraz aksiyası keçirilsə də, nəticə sıfırdır, nəinki dünya birliyi, heç erməniləri belə aksiyaya əhəmiyyət vermir. Çünki dünya Rubeni, Arayik və Qurgeni Rusiyanın qulu kimi qəbul edir. Ona görə də nəticə sıfırdır”.

Bunu erməni ekspert Roman Baqdasaryan Xankəndidə keçirilən aksiya ilə bağlı mövqeyini öz Teleqram kanalında şərh edərək yazıb.

O bildirib:

“Ruben və Arayikin Qarabağda təşkil etdiyi mitinqin 5-ci günüdür. Kimlər “ümumilli” hərəkatı  dəstəkləməkdən imtina edib:

- Rusiya erməniləri aksiyaya dəstək verməkdən qəti şəkildə imtina ediblər. 1,5 milyon ermənidən bir nəfər belə Azərbaycan səfirliyi və Rusiya Xarici İşlər Nazirliyinin binası qarşısında piket keçirməyib. Rusiya Ümümerməni İttifaqı, Ezras diaspor rəhbərləri susur. 

Fransanın 500 min ermənisinin və bütün Avropa ölkələrinin ermənilərinin “ölümcül sükutu”.

ABŞ erməniləri bütün bunları dəstəkləməkdən birmənalı şəkildə imtina ediblər.

ABŞ və Avropadan bir dənə də olsun erməni bloger aksiyaya qoşulmayıb.

Bütün Ermənistanda yalnız  Hadrut sakinləri bir aksiya  keçirərək Rusiya səfirliyinin və BMT-nin ofisi qarşısına gediblər. 

Rusiyada və Avropada 80 minə yaxın Qarabağ ermənisi yaşayır və onlar da Ruben, Qurgen, Arayikin mitinqini dəstəkləməyiblər.

İrəvanda 35.000-dən çox qarabağlı erməni yaşayır (əsasən Şimal prospektində, bankirlər, hotel sahibləri və fond menecerləri). Onlardan heç biri Xankəndidəki aksiyanı dəstəkləmək üçün posterlə çıxmayıb.

Kim Kardaşyan, Şer, Serj Tankiyan, Yura Movsisyan, Henrix Mxitaryan və digər məşhur erməniləri dəstəkləməyiblər.

Türkiyədə erməni millət vəkilinə dəstək vermədi .

Gürcüstandakı erməni diasporu dəstəkləmədi.
 
Samvel Karapetyan bir sözlə dəstəkləmədi, Kamo Avaqumyan dəstəkləmədi, heç kim onların oliqarxlarını dəstəkləmədi. 

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan əvvəllər Qarabağda “hakimiyyət”də çalışsa da, piketlərə getmir.

Rusiya FTX-nin əməkdaşı Ruben Vardanyanın müsahibəsi il boyu göstərilsə də, heç bir Rusiya kanalı Qarabağdakı mitinqləri göstərmir.
Dünya Rubeni, Arayik və Qurgeni Rusiyanın qulu kimi qəbul edir, dünya Rusiyaya nifrət edir, onunla birlikdə Qarabağ hakimiyyətinə də nifrət edir.

Sabah altıncı gündür və sıfır nəticə”.

P.S: Qeyd edək ki, bura bir cümlə əlavə etmək qalır. Vəziyyətdən yeganə alternativ çıxış yolu Bakıya üz tutub Azərbaycan vətəndaşlığını qəbul edib onun qanunlarına uyğun yaşamı davam etdirməkdir. Bunu da istəmirlərsə, o zaman yol açıqdır. Artıq dünya erməniləri də dərk edir ki, Azərbaycanla mənasız müharibə onlara ziyandan başqa heç bir fayda vermir./Ölkə.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR