İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Paşinyan Konstitusiyanı öz məqsədləri üçün uyğunlaşdırmağa çalışır

433 22.02.2024 21:12 Region A A

“Mövcud hakimiyyətin yaxın gələcəkdə atmaq niyyətində olduğu addımlar hazırkı Konstitusiyaya ziddir, məhz bu səbəbdən hakim komanda təcili olaraq yeni Əsas Qanunun qəbulunu təşkil etmək niyyətindədir”.

Musavat.com erməni mediasna istinadən xəbər verir ki, bu barədə keçmiş səfir və nazir Vardan Akopyan danışıb.

"Hakimiyyət hər şeyi, o cümlədən qanunları və Konstitusiyanı öz məqsədlərinə uyğunlaşdırmağa çalışır. Yeni Konstitusiyada Ermənistanın bloksuz statusunun müəyyən edilməsindən danışılması belə bir islahatın ilk növbədə Rusiyaya qarşı yönəldiyini açıq şəkildə göstərir. Onsuz da hakim qüvvənin nümayəndələrinin iqtidara gəldikdən sonra həll etməli olduğu vəzifə məhz bu idi – anti-Rusiya addımları”, - deyə Akopyan bildirib.

Qoşulmama statusunun Ermənistan üçün hansı təhlükələr yaratdığı sualına cavab olaraq Akopyan bu gün Ermənistanın onsuz da faktiki olaraq bloklara qoşulmayan ölkə olduğunu deyib.

“Formal olaraq hələ də MDB, KTMT və s. kimi bloklara üzvlük var. Bununla belə, biz ölkənin hansı istiqamətdə irəlilədiyini, hansı addımlar atıldığını görürük”, - deyə Akopyan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR