İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diplomatdan İDDİA: Laçın dəhlizi açılacaq, ancaq nəyin bahasına?!

2413 16.12.2022 17:36 Qarabağ xəbərləri A A

“Uzun müddətdir ki, müxtəlif platformalardan belə fikirlər səslənir ki, Qarabağ Rusiya sülhməramlılarının nəzarət zonasıdır və Ermənistan heç bir şəkildə vəziyyətə nəzarət edə bilməz. Bu, ən böyük səhvdir, çünki Ermənistanın Qarabağın təhlükəsizliyinə zəmanət verməkdən imtina etməsi bölgəni üçüncü ölkənin ixtiyarına buraxdı”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Xarici işlər nazirliyinin keçmiş baş katibi Vahan Melikyan tərəfindən səslənib.

Onun fikrincə, hadisənin ermənilərin xeyrinə çözülməsi üçün diplomatik imkanlar pəncərəsi var idi və onlardan istifadə olunmaması səriştəsiz siyasətin nəticəsidir.

Melikyana görə, “nəyin bahasına olursa-olsun sülhə nail olmaq” gündəmini irəli sürmək siyasəti müəyyən bədəlin ödənilməsini tələb edir.

“Nə vaxtsa yol açıq olacaq, amma sual budur ki, bu nəyin bahasına baş verəcək?” – diplomat soruşdu.

Melikyanın rəyinə əsasən, 2020-ci il noyabrın 9-dan etibarən Ermənistan hakimiyyəti mütəmadi olaraq belə səhvlərə yol verir.

“Baş verənlər güzəştlərin nəticəsidir. Ermənistan hakimiyyətinin müəyyən ifadə və cümlələrdən istifadə etməməsi razılaşmaların nəticəsidir”,-deyə o, qeyd edib.

Onun fikrincə hazırda, Paşinyan hökumət tərəfindən ardıcıl olaraq ermənipərəst siyasət deyil, Rusiya əleyhinə təbliğat aparılır. Melikyan xarici qüvvələrlə İran arasında qarşıdurma teatrının Ermənistan ərazisinə keçirilə biləcəyinə diqqət yetirməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR