İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diplomat: Ermənistanı Avropa Birliyində gözləyən yoxdur

540 11.07.2024 12:46 Dünya A A

 

Keçmiş həmkarlarım Ermənistanı Avropa Birliyində gözləyənin olmadığını bildirirlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu iyulun 11-də Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts bildirib.

Onun sözlərinə görə, həm iqtisadi inkişaf baxımından, həm də demokratik inkişaf baxımından Ermənistan  bu məsələdə hazır deyil.

Adonts Avropa Birliyinin İrəvanın bu istəyindən istifadə edərək, anti-Rusiya və anti-İran gündəmi çərçivəsində öz məqsədlərini irəli sürəcəyini iddia edir. Erməni diplomatın fikrincə, Ermənistan bu maraqların toqquşduğu plasdarma çevrilib, halbuki uzun illərdir ki, rəsmi İrəvan buna imkan vermirdi.

“Dünya siyasətində gərginliyin pik həddə çatdığı, planetin düşərgələrə bölündüyü bir vaxtda Ermənistanın AB-nə daxil olması ilə bağlı referendum keçirmək niyyəti ilə əlaqəli indiki bəyanatlar Rusiya və İrandan üz döndərmək  deməkdir. Bizim əsas çətinliklərimiz təhlükəsizliklə bağlıdır, halbuki AB-nin bu məsələdə Ermənistana kömək edə biləcək heç bir vasitəsi yoxdur”, - deyə Avet Adonts qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR