İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni dəstəsi bu kənddə GİRDİ, Ordumuzda HAZIRLIQ! Detallar hərbi analitiklə - CANLI

2033 11.08.2023 15:11 Gündəm A A

Rusiya həm Laçın yolu, həm də Ağdam-Xankəndi trası fəaliyyət göstərməklə Qarabağın erməni əhalinin yaşadığı hissəsinə kommunikasiyaların açılması təklifini irəli sürüb, lakin Ermənistan tərəfi bu razılaşmanı pozub. Bu barədə bu gün Rusiyanın “Kommersant” qəzeti dövlət qurumlarındakı mənbələrə istinadən bildirib.

Moskvada vəziyyəti çox mürəkkəb qiymətləndirirlər və hesab edirlər ki, Bakı güzəştə getməyəcək, Rusiya nəşri yazır. Vəziyyəti birtəhər sakitləşdirməklə bağlı bizim, qərblilərin, beynəlxalq təşkilatların cəhdləri heç bir nəticə vermir. Bakı geriyə addım atmır", - regiondakı vəziyyətlə tanış olan mənbə bildirib. Eyni zamanda, o qeyd edib ki, separatçılar da "inad edirlər". Bununla belə, mənbə hesab edir ki, Ağdamdan keçən yol sonda açılacaq.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi varianta əvvəlcə həm Azərbaycan tərəfi, həm də qarabağlılar razılaşıblar. Onun mahiyyəti bundan ibarət idi ki, Ağdam yolu açılsın və lazım olan hər şey Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə daşınsın.

Moskvanın təklifinə əsasən həmin yerdə hərəkət başlayandan bir gün sonra Laçın dəhlizində də hərəkət bərpa edildi. "Bu variant yüksək hazırlıq dərəcəsində idi", - mənbə deyib.

Lakin onun sözlərinə görə, separatçılar "Laçının 24 saatdan sonra yox, dərhal açılması" şərtini irəli sürüblər, sonra Qarabağ ermənilərinin rəhbərliyi bəyan edib ki, Ağdam vasitəsilə Azərbaycan malları daşınmamalıdır, "sonra isə Vaqif Xaçatryanla qalmaqal baş verib", - Rusiya nəşri yazır. Nəticədə kompromis əldə edilməyib.

Azərbaycanı Laçın yolunu zorla açmaqla təhdid etdikdən sonra ərazidən qaçaraq rüsvay olan “Səlibçilər” erməni dəstəsi yenə diqqət mərkəzinə gəlib. Bu barədə erməni KİV-də materiallar dərc olunub.
Belə ki, erməni fərariləri ötən gün Kornidzordan Qorunxur kəndinə qaçıblar. Yerli sakinlərin fikrincə, “Səlibçilər”in kənddə olması Azərbaycanı qəzəbləndirə və hansısa addımlar atmasına səbəb ola bilər. Sakinlər iddia ediblər ki, onlar tezliklə kəndi tərk etməlidirlər, əks halda Azərbaycan Ordusu tədbirlər görəcək.

Qeyd edək ki, 44 günlük müharibənin iştirakçıları “Səlibçilər” Paşinyan hökumətinə Laçın yolunu açmaq üçün vaxt qoymuşdu. Erməni fərarilər vaxt tamam olduqda ərazidən qaçmışdılar.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Telman Qasımovla regiondakı prosesləri dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR