İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan Paşinyanla bağlı ŞOK SÖZLƏR

1230 07.04.2023 18:17 Region A A

Xəbər verildiyi kimi, dünən səhər saatlarında Ermənistanın ABŞ-ın rəhbərlik etdiyi “Defender 23” hərbi təlimində iştirak edəcəyi xəbəri yayılıb. Burada 20-dən çox ölkə hərbçiləri yer alacaq. Axşam saatlarında isə Ermənistanın təlimlərdə iştirak edənlərin siyahısından çıxarıldığı məlum olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan məsələyə sərt təpki göstərib.

“Müdafiə Nazirliyi guya məsələyə “aydınlıq” gətirib. Lakin nazirlik Ermənistanın Rusiya əleyhinə hərbi təlimlərdə iştirak edənlər siyahısına necə düşdüyünü və sonradan niyə çıxarıldığını izah edə bilmir”, - deyə erməni siyasətçi söyləyib.

“Əslində, bunun “tərcüməsi” o deməkdir ki, rəsmi İrəvan həm Rusiya Federasiyasından, həm də ABŞ-dan zərbələr alıb və alacaq. Qərb və Rusiya arasında qlobal qarşıdurma şəraitində Paşinyanın hər iki tərəfə “hə” demək siyasəti Ermənistanı münaqişə teatrına çevirir. Bu, Ermənistanın xarici siyasətinin nə qədər avantürist olduğunu göstərir. Nikol Paşinyan ölkəmizi futbol topuna çevirib: kim necə istəyir onu vurur və bu topla rəqibə qol vurmağa çalışır”, - deyə Tevanyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR