İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat Rusiyanı ittiham etdi

1407 17.04.2024 19:14 Region A A

Ermənistan Rusiya üçün yaxşı müttəfiq idi.

Musavat.com APA-ya istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan "Freenews.am"a açıqlamasında deyib.

"Məsələn, biz onlara 98 milyon dollar borclu idik, lakin onlara borca görə 2 milyard dollar dəyərində əmlak verdik. Sonra biz onlara bütün qaz infrastrukturunu verdik, sonra görünür, bu kifayət etmədi və İrandan qaz kəməri verdik. Biz Ermənistanın bütün iqtisadiyyatını onlara verdik", - erməni deputat bildirib.

O, Kremli qane etmək üçün Ermənistanın daha nə etməli olduğunu sual edib

"Biz hər şeyə göz yumduq, dedik ki, bizim təhlükəsizliyimizi təmin edirlər", - Qaqik Melkonyan vurğulayıb.

O qeyd edib ki, Ermənistan Rusiya ilə normal münasibətlər qurmaq istəyən müstəqil ölkədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR