İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: Azərbaycan problemlərin həlli üçün hərbi ssenariyə də əl ata bilər

1383 07.01.2023 14:20 Qarabağ xəbərləri A A

Hazırkı mərhələdə Azərbaycan Qarabağda problemlərin həlli üçün hərbi variantı istisna etmir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni deputat, revanşist Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Hərbi əməliyyatlar ox güman ki, lokal ərazilərdə aparılacaq, lakin onun hadisələrdən asılı olaraq genişmiqyaslı səviyyəyə keçməsi istisna olunmur”, - deyə, o bildirib.

Erməni deputat Qarabağın hadisələrin mərkəzində durduğunu, lakin Azərbaycanın bununla yetməyib Ermənistana belə yönələ biləcəyini yazıb.

Artsax indi hadisələrin mərkəzindədirsə, bu o demək deyil ki, Artsaxda hərbi qərarlar veriləcək. Təzyiqləri artırmaq üçün Azərbaycan şantaj istiqamətini son iki ildə ekspansionist hərəkətlərdən sonra əldə etdiyi uğurlara arxalanmaq üçün tramplin formalaşdırdığı Ermənistana yönəldə bilər.

Azərbaycan üçün Qarabağ və Ermənistan ayrı-ayrı problemlər deyil. Onlar erməni məsələsini həmişəlik gündəmdən çıxarmaq istəyirlər”, - deyə, Tiqran Abramyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR