İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın açıqlamalarından sonra İsrail HƏRƏKƏTƏ KEÇDİ FOTO

2788 01.11.2023 13:45 Dünya A A

Prezident Rəcəb Tayyib Ərdoğanın İsrail-HƏMAS müharibəsi ilə bağlı mövqeyinə görə İsrailin iri supermarket şəbəkələri Türkiyədən məhsul idxalını dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.

"Türkiyə prezidenti Ərdoğanın HƏMAS-a dəstək ifadəsindən sonra İsrailin bir çox supermarket şəbəkəsi Türkiyədən idxalı dayandırır“, - deyə nəşrin köşə yazarı Simi Spolter öz mənbələrinə istinadən bildirib.

Onun sözlərinə görə, türk mallarının boykotunun vaxtı məlum deyil. Jurnalist boykota xüsusilə İsrailin ən böyük pərakəndə satış şirkəti "Shufersal"ın qoşulduğunu qeyd edib.

WHHPY7HKYJMKXIKEYBVQ6U5EKA.jpg (1.67 MB)

Bir gün əvvəl, oktyabrın 31-də Ərdoğan bildirib ki, İsrail ordusu HƏMAS-la müharibə zamanı insanlığa qarşı cinayət törədir. Onun sözlərinə görə, Qərb ölkələri faktiki olaraq İsrailin bu cür hərəkətlərini dəstəkləyir. 

Xatırladaq ki, İsrail və HƏMAS arasında hərbi münaqişə oktyabrın 7-də başlayıb. Son məlumatlara görə, İsraildə 1,4 min, Qəzza zolağında isə 8,5 min dinc sakin həlak olub. Oktyabrın 31-də İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-la müharibənin üçüncü mərhələsinin başladığını elan edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR