İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanı ilk bu ölkənin rəhbəri TƏBRİK ETDİ

4232 28.05.2023 21:11 Son xəbər A A

Qətər əmiri Təmim bin Həməd əs-Sani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkidə qazandığı qələbə münasibətilə təbrik edib.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, Qətər əmiri Ərdoğana uğurlar arzulayıb:

“Sevimli qardaşım Rəcəb Tayyib Ərdoğan, qələbənizi təbrik edir, yeni dönəmdə uğurlar və qardaş türk xalqının irəliləyiş, rifah və iki ölkə arasında güclü əlaqələr baxımından arzuladığını həyata keçirməyinizi arzulayıram”.

Macarıstan Baş naziri də Tvitterdə Ərdoğanı təbrik edib.

Qeyd edək ki, seçkilərin nəticləri hələ yekunlaşmayıb. Hazırda səslərin 97%-i sayılıb. Cümhur İttifaqının lideri Ərdoğan 52,21% ilə öndədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR