İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan təklif: "İstanbulda sülh masası qurmağa hazırıq"

755 28.02.2024 22:01 Dünya A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə video müraciət göndərib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan dialoqla bağlı fikrində qaldığını ifadə edib: “Hələ də düşünürəm ki, müharibəni ədalətli və qalıcı bir sülhlə bitirmək üçün diplomatiya və dialoqa şans verməliyik. Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi hamınız bilirsiniz. Biz Krım tatarlarının hüquq və mənafelərini qorumaq üçün hər cür səy göstəririk. Biz də Ukraynanın sürətlə bərpası və yenidən qurulmasına töhfə verməyə hazırıq. Bütün səylərimizə baxmayaraq, sülhün bərqərar olması istiqamətində kifayət qədər irəliləyiş əldə olunmayıb. Diplomatiya və dialoqa şans vermək üçün bütün diplomatik kanallardan ən yüksək səviyyədə istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlanılmalıdır. Bu baxımdan biz Ukraynanı dəstəkləyirik. Prezident Volodimir Zelenskinin 10 bəndlik sülh planını prinsipcə dəstəkləyirik". 

Prezident Ərdoğan xatırladıb ki, planın qida təhlükəsizliyi başlığı altında aparılacaq işlərdə liderlik rolu Türkiyədədir: “İstanbulda qurduğumuz danışıqlar masasını yenidən qurmağa hazırıq. Bizim səylərimizlə qurulan və həyata keçirildiyi dövrdə kritik rol oynayan Qara Dəniz Təşəbbüsü gündəmimizdəki yerini qoruyub saxlayır. Bundan əlavə, ticarət gəmiləri üçün təhlükəsizliyi təmin edəcək bir tənzimləməyə ehtiyac var. Bu çərçivədə, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq çərçivəsində Qara dənizdə təhlükəsizlik öhdəliklərini ehtiva edəcək yeni bir tənzimləmə üçün təmaslarımızı davam etdiririk. Digər tərəfdən daha öncə İstanbulda sülh üçün qurduğumuz danışıqlar masasını yenidən qurmağa hazırıq. Bu vəsilə ilə ortaq coğrafiyamız Balkanlarda, Cənub-Şərqi Avropa ölkələri ilə əməkdaşlıq prosesi ilə canlanan həmrəylik ruhunun yaxın coğrafiyamıza da sirayət etməsini diləyirəm".

Ərdoğan sammitin təşkilində əməyi olanları, xüsusilə də sammitə ev sahibliyi edən Albaniyanın baş naziri Edi Ramanı ürəkdən təbrik edib.


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR