İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Zelenski ilə görüşüb

924 11.07.2024 22:57 Dünya A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Vaşinqtonda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə bildirib ki, Ankara taxıl sazişinin bərpası üzrə işə başlayıb və Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüslərə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə görüşdən sonra Türkiyə liderinin görüşdən sonra kommunikasiyalar şöbəsi məlumat yayıb.

Görüşdə prezident Ərdoğan bildirib ki, Türkiyə ədalətli sülhün bağlanması və Qara Dəniz Taxıl Təşəbbüsünün yenilənməsi istiqamətində işlərə başlamaqla Ukrayna-Rusiya müharibəsinə son qoymaq səylərini davam etdirir. Prezident Ərdoğan həmçinin bildirib ki, Türkiyə sülhün təməlinin qoyulması üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüsə hazırdır.

Ərdoğan iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra bildirib ki, Türkiyə Qara dəniz taxıl sazişinin yeni formatda bərpa olunmasına ümid edir. O, bu istiqamətdə aparılan danışıqların nəticə verəcəyinə və Qara dəniz taxıl dəhlizinin yenidən işə başlayacağına ümid etdiyini bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR