İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: "Terrorçulara göz açmağa imkan vermirik”

365 11.10.2023 15:09 Region A A

"İraq və Suriyanın şimalında terrorçulara göz açmağa imkan vermirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki fraksiyasının toplantısında bildirib.

O söyləyib ki, Ankara terrorla mübarizəni qətiyyətlə davam etdirəcək: “Bu məsələdə qarşımıza çıxanların da cavabını verəcəyimizə heç kimin şübhəsi olmasın. Türkiyə müttəfiq olduğu hər dövlətin hüquq və haqqına hörmətlə yanaşır. Onlardan da Türkiyəyə münasibətdə bunu gözləyirik. Biz səmimiyyətlə müttəfiqlərimizlə birgə fəaliyyət göstərmək istəyirik. Biz min illərdir bu torpaqlarda qurban verib yaşayırıq. Türkiyə etnik, dini və məzhəb toqquşmaları bölgəsində yerləşir”.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR