İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan sərt DANIŞDI: "Nə əxlaqa, nə də insanlığa sığır"

8118 09.10.2022 21:42 Region A A

Müğənni Onur Şenerin qətli ilə bağlı danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələdən sui-istifadə edildiyini bildirib.

Musavat.com-un xəbərinə görə, Ərdoğan qeyd edib ki, musiqiçinin qətlini siyasiləşdirmək nə əxlaqa, nə də insanlığa sığır.

"Cinayətkarların layiq olduqları cəzanı almaları üçün işin gedişatını izləyəcəyəm", - Türkiyə lideri qeyd edib.

Qeyd edək ki, Onur Şener Ankara şəhərində əyləncə mərkəzlərinin birində müştərilərin istədiyi mahnını bilməməsinə görə qətlə yetirilib.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR