İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan qəbul imtahanında ən çox bal toplayan Oruca YÜKSƏK VƏZİFƏ verdi FOTO

4567 23.06.2023 12:05 Təhsil A A

Ərdoğan ali məktəbə qəbul rekordçusuna yüksək vəzifə verib.

2000-ci ildə Türkiyədə keçirilmiş ali məktəblərə qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticəyə imza atan Oruc Baba İnan Türkiyənin Sənaye və texnologiya nazirinin müavini təyin edilib.

Oruc Baba İnan əslən Türkiyənin Konya vilayətindəndir. İnan 23 il öncə tələbə adını qazanarkən yerli mətbuatda onun haqqında “Birinci olduğunu tarlada öyrəndi” tipli xəbərlər yer almış, o isə “Boğaziçi Universitetində təhsil almaq istəyirəm. Qəbul olmağı çox xəyal edirdim, ancaq 1-ci olacağımı gözləmirdim” deyə sevincini ictimaiyyətlə bölüşmüşdü.

Boğaziçi Universitetindəki təhsilini yüksək nailiyyətlərlə başa vuran Oruc Baba özəl sektorda bir çox rəhbər vəzifələrdə çalışıb. O, həmçinin müəyyən müddət ərzində dövlət sektorunda – Türkiyənin Kənd təsərrüfatı və meşə nazirliyində də mühüm postlardan birini tutub. (Publika.az)

mehti.jpg (47 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR