İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: İnanıram ki, Trampa hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq

453 14.07.2024 13:07 Dünya A A

İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq, onu törədənlər və təhrik edənlər ən qısa zamanda ədalət qarşısında cavab verəcəklər.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

“ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm. Trampa, onun ailəsinə və yaxınlarına ən səmimi arzularımı çatdırıram.Türkiyə olaraq dost və müttəfiq ABŞ xalqının yanında olacağıq”, - paylaşımda qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR