İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən zəngin rusların itkiləri AÇIQLANIB

951 04.10.2022 16:10 Region A A

Bu ilin əvvəlindən zəngin rusların ümumi sərvəti 94 milyard dollar azalıb. Halbuki bir ay əvvələ qədər varlı rusların itkiləri cəmi 54 milyard civarında qiymətləndirilirdi.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”in məlumatında bildirilir.

Rusiya milyarderləri arasında ən çox itkiyə məruz qalanlar bunlardır:

Aleksey Mordaşov (9,8 milyard itirib; indi onun sərvəti 19,1 milyard dollar qiymətləndirilir)

Gennadi Timçenko (9,7 milyard; hazırda 12,8 milyard dolları qalıb)

Vladimir Lisin (9,1 milyard; indi 18,9 milyard dollar)

Faiz miqyasında Viktor Vekselberq itkilərə görə liderə çevrilib - onun sərvəti 60 faizdən çox azalaraq 11,2 milyard təşkil edir.

Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olaraq çıxış edən Roman Abramoviç isə sərvətinin demək olar ki, yarısını (8,3 milyard ) itirib və hazırda onun əlində 9,7 milyard dollar pul qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR