İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən gözəl qəlbə sahib 4 bürc

10170 04.10.2022 10:47 Astrologiya A A

Astroloqlar ən gözəl qəlbə malik 4 bürcü açıqlayıb.

Musavat.com Bakupost.az-a istinadla onları təqdim edir:

1- Balıqlar

 
 
Balıq bürcü astrologiyada ən mehriban bürclərdəndir. Balıqların empatiya hissinə çox güclüdür. Onlar həmişə ətraflarındakı insanlara dəstək olmağa çalışırlar.
 
Balıqlar heç kimi incitməz. İnsanlara həmişə sevgi dolu və mehribanlıqla yanaşır. Balıqlar heç kim haqqında pis düşünmürlər.
 
 
2- Xərçəng
 
 
 
Xərçəng insanlar ailələrinə və dostlarına çox bağlıdırlar. Müsbət düşüncələri ilə hər kəsə ümid verir.
Hər kəsin problemləri ilə maraqlanır, heç vaxt pis düşünmürlər. Ürəkləri qırılsa belə, səssizcə bir küncdə baş verənləri unutmağa çalışırlar. Heç kimə qarşı kin saxlamırlar.
 
Xərçənglər həmişə insanları başa düşür və onlara kömək etməkdən çəkinmirlər. Hər dəfə ilişib qalanda özünüzü xərçəng dostunuzun yanında tapa bilərsiniz.
 
3- Şir
 
 
 
Şir bürcləri kənardan çox təkəbbürlü görünə bilərlər. Ancaq şir bürcü çox həssas bir ürəyə malikdir. Onlar həmişə ətrafdakıları düşünürlər. Ətrafdakılara dəstək olmağa, kömək göstərməyə çalışırlar.
 
4- Oxatan
 
 
 
Oxatan bürcləri heç kim haqqında pis düşünmürlər. Düşüncəsində hər zaman müsbət fikirlər olur. Onların həyatında neqativliyə və pis fikirlərə yer yoxdur. Oxatan bürcü ilə istənilən mövzuda açıq danışa bilərsiniz. Bu şəxslər ətrafdakı insanlara həmişə nə qədər dəyərli olduqlarını xatırladırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR