İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən cəsur 4 bürc: Heç nədən qorxmurlar

1649 20.07.2023 14:20 Astrologiya A A

Astrologiyada cəsur bürclər var. Onlar cəsarətləri ilə hər kəsi heyran edirlər.

BAKU.WS xarici mətbuata istinadən həmin bürcləri təqdim edir:

Əqrəb

Əqrəblər qadağaların və sirlərin arxasınca getməyi sevirlər. Qaranlıq tərəfi izləmək onların təbiətində var. Əqrəblər astrologiyada ən cəsur bürclərdən biridir. Riskləri sevirlər. Sözüaçıq olmaları ilə seçilirlər.

Qoç

Qoçlar planlı hərəkət etməyi sevmirlər. Həyatları boyu ağlına gəldiyi ilk şeyi etmək istəyirlər. Onların cəsarətli davranışları hər kəsi heyran edir. Qoçlar kin saxlamazlar. Nə fikirləşirlərsə, qorxmadan deyirlər.

Şir

Bu bürcün nümayəndələri hər hansı işdə liderlik etməyi sevirlər. Ən kritik qərarları həmişə Şir bürcləri verir. Onlar son dərəcə dürüst və qətiyyətlidirlər. Şirlər risk almağı xoşlayır və bundan qorxmurlar.

Oxatan

Oxatan astrologiyada ən cəsur və qorxmaz bürclərdən biridir. Oxatanlar adrenalinlə yaşamağı sevirlər. Həyatı maraqlı etmək üçün çalışırlar. Oxatan bürcü canlı və enerjili bir təbiətə malikdir. Bu səbəbdən həyatları boyu aktiv idmana üstünlük verirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR