İnsanlara hürriyət, millətlərə istiqlal!

Emomali Rəhmon: "Son 3 ildə 24 tacik 10 ölkədə terakt törədib"

622 11.03.2024 15:37 Dünya A A

Martın 11-də başlayan Ramazan ayı ilə bağlı çıxış edən Tacikistan prezidenti Emomali Rahmon bir sıra ölkələri İslamı siyasiləşdirməkdə ittiham edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, onun fikrincə, dünyada qeyri-sabitliyə və təhlükəsizliyin pozulmasına gətirib çıxarır. “Maraqlı qruplar və kəşfiyyat orqanlarının Tacikistandan olan zəif təhsilli gənclərdən istifadə etdiyi terror hücumlarının sayı artır. Təkcə son üç ildə 10 ölkədə respublikanın 24 vətəndaşının iştirakı ilə terror aktları törədilib. Bu, dövlətin dünya arenasında nüfuzuna xələl gətirib”, - Rahmon deyib.

Dövlət başçısı qeyd edib ki, Tacikistan hakimiyyəti tacik millətinin düşmənlərinin eqoist məqsədlərini bilərək terrorizm və ekstremizmin həm ölkə daxilində, həm də xaricdə yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görür.

Dörd saatlıq çıxışında Emomali Rahmon Həcc ziyarəti haqqında da danışaraq, dəfələrlə Həcc və Ümrə ziyarətinə gedənləri qınayıb, möminlər üçün yalnız bir dəfə ziyarətin vacib olduğunu, Peyğəmbərin özünün isə yalnız bir dəfə Həcc ziyarəti etdiyini vurğulayıb. Onun sözlərinə görə, ötən il 63 min vətəndaş Həcc və Ümrə mərasimlərində iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR