İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmlaklar özünüməşğulluq proqramına cəlb olunan şəxsə yalnız bu halda verilir

726 26.01.2023 15:21 Sosial A A

Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 il müddətinə müqavilə əsasında verilir.

Dövlət Məşğulluq Agentliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti 1 il ərzində dövri monitorinq edilir. Məlumata görə, vətəndaşın özünüməşğulluq proqramında iştirak üçün qeydiyyatı aparıldıqdan sonra növbəli qaydada özünüməşğulluğunun təşkili üçün şəraitinin ilkin monitorinqi həyata keçirilir:

“Bu qiymətləndirmə zamanı işsiz şəxsin seçdiyi istiqamət üzrə fəaliyyəti təmin etməyə şəraiti müəyyən edildikdə və təqdim etdiyi məlumatlarda uyğunsuzluq aşkarlanmadığı halda digər prosedurlara cəlbi barədə qərar qəbul edilir. Daha sonra proqram iştirakçıları növbəlilik gözlənilməklə biznes təlimlərə cəlb olunurlar. Özünüməşğulluğun təşkili üçün özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasına yardım göstərilməsi məqsədilə keçirilən təlimlərdə iştirakından sonra işsiz şəxslərin özünüməşğulluğun təşkilinə hazırlıqlı olması qiymətləndirilir, qiymətləndirmənin nəticələrinə uyğun olaraq rəy və təkliflər hazırlanır və müvafiq qərar qəbul edilir. Növbəti yoxlamalar isə vətəndaş aktivlərlə təmin olunduqdan sonra həyata keçirilir. Belə ki, əvvəldən təsdiqlənən qrafik əsasında özünüməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin təqdim edilmiş biznes-plana uyğun olub-olmamasının aralıq monitorinqi aparılır. Bu yoxlama zamanı proqram iştirakçısına verilən aktivlərin sazlığı, şəxsin fəaliyyətinin hansı şəkildə təşkilinə diqqət yetirilir və onlara biznesin idarə edilməsi, eləcə də inkişafı ilə bağlı müvafiq məsləhətlər verilir. Əmlaklar vətəndaşa 1 il müddətinə müqavilə əsasında verilir. Müqavilə müddətinin sonunda Agentlik tərəfindən yekun monitorinq həyata keçirilir və həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir”.

Agentlikdən həmçinin, bildirilib ki, digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin, proqrama aid e-platforma yaradılaraq, həyata keçirilən bütün qiymətləndirmə və monitorinqlərin nəticələri ilə bağlı sənədlər ictimaiyyətə açıqlanır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR