İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Əfəndiyə yeni vəzifə verildi

1141 28.09.2023 10:50 İdman A A

"Neftçi" PFK-yə yeni mətbuat katibi təyin olunub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bundan sonra bu vəzifəni Emin Əfəndi icra edəcək.

Qeyd edək ki, müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edən E. Əfəndi 2014-cü ildə justfootball.com saytının və internet üzərində yayımlanan "justfootball" ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb. 2022-ci ildə "Radio Enerji"də yayımlanan "Səhərin şərhi" verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.

Xatırladaq ki, daha əvvəl bu vəzifəni Rüstəm Allahverdiyev tuturdu. O, sentyabrın 26-da kommersiya üzrə direktor təyin olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR