İnsanlara hürriyət, millətlərə istiqlal!

Emiliya Avroviziya mahnısını təqdim etdi - VİDEO

845 09.03.2024 01:54 Şou-biznes A A

Emy Lia (Emiliya Yaqubova) Avroviziya 2024 üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib.

Olay.az xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emy Lia Avroviziya 2024 seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini - “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.

Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun üstələnib. Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib.

Emy Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:

“Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. Dinləyicilərin bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm”.

Qeyd edək ki, ifaçı Avroviziya 2024 Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR