İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlövsət Talışxanlı ADR-dən istefa verdi və ŞOK SƏBƏBLƏRİ AÇIQLADI

1108 14.07.2023 14:51 Siyasət A A

 
Əlövsət Talışxanlı Azərbaycan Demokratiya və Rifah Partiyasından ( ADR) istefa verib.
 
Musavat.com xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə məlumat yayıb.
 
O, istefa səbəbini bu cür açıqlayıb:
 
“Mən Əlövsət Talışxanlı bu gündən ADR partiya sədrinin müavini, İ.H. sıralarından və partiyadan istefa verdiyimi bəyan edirəm. İstefanın səbəblərini uzun yol keçmiş əqidədaşlarıma və ictimaiyyətə çatdırmağı özümə borc bilirəm. Parlaq dürüst niyyətlə siyasətə gəldik ki, sivil dünyanın axarında addımlayaq Müsavatdan ayrılanda belə düşdük ki, ziyalı, intellektual bir təşkilat quraq. İlk yaranışımızda konstruktiv, radikalizmdən uzaq yol tutsaq da sonrakı zamanlarda təşkilat bir qrup primitiv düşüncəli siyasətbazların və keçmişi kriminala bağlı üzvlərin təsir dairəsinə keçdi.

Düşündüyümüzün əksi olaraq təşkilatda qeyri səmimiyyət hökm sürdü. Çox təəssüf olsun ki təşkilat siyasi intriqa bacarığından savayı nəyisə anlamayan və yalnız neqativ düşüncəyə sahib fürsətçilərin təsir dairəsinə düşdü. Fikir plüralizmi, sərbəst düşüncə tərzimiz təqib olundu. Hər birimizin bilməyə və əməl etməyə borclu olduğumuz, amma çox təəssüf ki, neqativə yüklənmiş, digərlərinin əməl etmədiyi ortaq dəyərimiz olan nizamnamə qanunundan yox, imtiyazdan istifadəyə üstünlük verildi . Təşkilatı demokratiya üçün təhlükəsiz sivil bir duruma gətirə bilmədik. Siyasi əxlaq baxımından deməliyəm ki, ADR partiyasında Azərbaycan ictimai-siyasi həyatında xüsusi çəkisi və imzası olan və yüksək əxlaqi dəyərlərə malik insanlarla yanaşı, normal düşüncə tərzindən uzaq qaragüruhçu və kriminal baxışlar hökm sürür və bu ritorikaları ilə öndədilər. Hər anımızın sonu görünməyən indidə nə təkmilləşə bildik, nə də mübahisələrdə keçirəcək vaxtımız qalmadı. Çox təəssüf edəcək bir keçmişlə başa vurmamaq naminə yeganə əlimdən alına bilinməyən istefa mədəniyyətinə üz tutmaq zoru ilə üzləşdim”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR