İnsanlara hürriyət, millətlərə istiqlal!

Elnarə Xəlilova: "Valideynlər oyansın, hamıya bu hadisələr görk olsun"

1957 07.05.2022 20:48 Şou-biznes A A

Müğənni Elnarə Xəlilova son vaxtlar artan məktəbli intiharlarına reaksiya bildirib.

Sənətçi sosial şəbəkədə valideynlərə səslənərək, qeyd edib:

"Əziz valideynlər, analar, atalar, bir valideyn kimi sizi çox gözəl anlayıram. Əziyyətimiz danılmazdır. Ancaq nə olar, sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin. Onlara hər işlərində dəstək olmağa çalışın. Hər il buraxılış imtahanlarından sonra məktəblilər arasında intiharların sayı artır. Bu, yolverilməzdir. Sizin uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Olmasın ali savadlı. Peşə məktəbinə verin: aşpaz, dülgər, saç ustası, vizajist, dərzi, dəmirçi olsun - fərqi yoxdur, lap fəhlə olsun... Amma canı sağ, salamat, sağlam və xoşbəxt olsun. Qarşıdan qəbul imtahanları gəlir. Valideynlər oyansın, hamıya bu hadisələr görk olsun".

Xatırladaq ki, son iki həftə ərzində bir neçə məktəblinin intihar etməsi hadisəsi yaşanıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR