İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Mirəliyevin efirdə bu hərəkəti aparıcı Mətanəti ƏSƏBİLƏŞDİRDİ - VİDEO

1895 15.05.2024 19:49 Şou-biznes A A

Aparıcı Mətanət Əliverdiyeva efirdə kobud danışıq tərzinə görə müğənni Əli Mirəliyevə iradını bildirib.

Musavat.com "Bizim.media"ya istinadən bildirir ki, hadisə "Xəzər axşamı" verilişində yaşanıb.

Mətanət Ə.Mirəliyevi studiyaya dəvət edəndən sonra onu sorğu-suala tutub. Müğənni isə aparıcıya "Az", arxasınca "Ay qız" deyə müraciət edib. Bunu eşidən Əliverdiyeva Mirəliyevə barmaq silkələyərək "Mən nə "Az", nə də ki "Ay qız"am. Mən Mətanət xanımam. "Az" ən nifrət etdiyim sözdür" cavabını verib.

Gərginliyi yumşaltmaq üçün müğənni "Az" sözü bakılıların sözüdür. Onlar hər dəqiqə bu sözü deyirlər" deyib. Lakin aparıcı "Mənim əhatəmdə o qədər bakılılar var ki... Amma onlar mənə "Az" deyə müraciət etmirlər" söyləyərək, qarşı tərəfin jarqon ifadəsinə etiraz edib.

Əli Mirəliyev isə Mətanətdən üzr istəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR