İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib - FOTO

362 12.06.2024 13:19 Siyasət A A

Baş Nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə milli bayram - Rusiya Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “İki ölkə xalqlarını birləşdirən çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşma telləri, dərin mədəni və humanitar ənənələr Azərbaycan-Rusiya qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın mütərəqqi inkişafı üçün sarsılmaz bünövrədir”.

Eləcə də iki ölkə arasında geniş spektrdə, o cümlədən ticarət-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoqun və səmərəli əməkdaşlığın xüsusi məmnunluq doğurduğu vurğulanıb.

Baş nazir Əli Əsədov Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əməkdaşlığın xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da mütərəqqi şəkildə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Musavat.com

e38b4a69-016a-47e1-be9f-b5b5ffe714ab.jpg (21 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR