İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron Təhlükəsizlik Xidməti yeni zərərverici proqrama dair xəbərdarlıq edib 

923 20.07.2022 12:54 Texnologiya A A

“Android” platformasında mövcud olan və 3 milyondan çox istifadəçinin yüklədiyi bəzi tətbiqlərdə “Autolycos” adlı yeni zərərverici proqram aşkarlanıb.

Musavat.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bəyan edib.

Bu proqram istifadəçiləri gizli şəkildə ödənişli xidmətlərə abunə edir və onlara məxsus fərdi məlumatları ələ keçirir. Həmin tətbiqlər cihazda quraşdırıldıqdan sonra SMS məzmununu oxumaq üçün də icazə istənilir. “Autolycos” adlı yeni zərərverici proqramın hazırda mövcud olduğu tətbiqlər aşağıdakılardır:

– “Funny Camera”
– “Razer Keyboard & Theme”
– “Vlog Star Video Editor”
– “Creative 3D Launcher”
– “Wow Beauty Camera”
– “Gif Emoji Keyboard”
– “Freeglow Camera 1.0.0”
– “Coco Camera v1.1”

Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə bu tipli zərərverici proqramlardan qorunmaq üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

– Qurğularınızda yuxarıda adları sadalanan tətbiqlər mövcuddursa, onları vaxt itirmədən silin.
– Tətbiqləri yalnız rəsmi və təsdiqlənən mənbələrdən yükləyin.
– “Android” əməliyyat sistemi ilə işləyən qurğularınızda arxa fonda internet istifadəsi və batareya sərfiyyatı çox olan tətbiqlərə şübhə ilə yanaşın və istifadə etmədiyiniz tətbiqləri qurğularınızdan silin.
– Qurğularınızda təhlükəsizlik yenilənmələrini quraşdırın və antivirus həllərindən istifadə edin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR