İnsanlara hürriyət, millətlərə istiqlal!

Ələkbərov varlanıb, Kərimov kasıblayıb - Rus milyarderlərin yeni reytinqi

1273 01.12.2023 13:03 Dünya A A

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən ümumilikdə 38,575 milyard dollar artıb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg Billionaires Index-ə istinadən məlumat yayıb.

2012-ci ilin mart ayından etibarən agentlik ən varlı 500 insanın sərvəti haqqında məlumatların yer aldığı “Bloomberg milyarderlər indeksi”ni dərc edir.

Agentliyin məlumatına görə, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanıb və onun sərvəti 24,5 milyard dollara çatıb. “Eurochem” və “SUEK” şirkətlərinin həmtəsisçisi Andrey Melniçenko da varlanıb. “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanıb. Fedunun sərvəti isə 9,76 milyard dollar olub.

Agentlik yazır ki, ən böyük itkilərə Federasiya Şurasının Dağıstan Respublikasından olan üzvü Süleyman Kərimov olub. Onun sərvəti 650 milyon dollar azalaraq 8,34 milyard dollara enib.

Bu arada, İsveçrənin UBS bankının saytında son bir ildə dünyada milyarderlərin sayının 7% artaraq 2542 nəfərə çatdığı bildirilir.

Bundan əvvəl Amerikanın “Forbes” jurnalı dünyanın ən zəngin 10 adamının ümumi sərvətinin əhəmiyyətli dərəcədə azaldığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR