İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elə bir gün yoxdur ki, haqqımda yazmayasınız" - Ronaldo

392 29.07.2022 15:42 İdman A A

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu medianı onun haqqında doğru olmayan xəbərlər tirajlamaqda tənqid edib:

“Elə gün yoxdur ki, mənim haqqımda yazmayasınız. Əks halda media pul qazanmaz. Yalan yazmasanız, insanların diqqətini çəkə bilməzsiniz. Yaxşı işləməyə davam edin və bir gün düz nəsə yazacaqsınız”.

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"lə 2023-cü ilin yayına qədər müqaviləsi var. Onun komandanı tərk edəcəyi, klubun onu icarəyə göndərmək istəməsi ilə bağlı xəbərlər yayılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR