İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: “Cənubi Qafqaz Türkiyə üçün hər zaman ciddi əhəmiyyət daşıyıb” 

346 13.06.2023 15:12 Siyasət A A

“Türkiyə prezidentinin səfər zamanı verdiyi mesajlar olduqca önəmlidir. Bu mesajlarda ilk növbədə qarşıdan gələn növbəti 5 ildə qardaş ölkənin bizim regiona aid siyasətinin əsas konturlarını görmək mümkündür”.

Bunu Musavat.com-a Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, Cənubi Qafqaz ənənəvi olaraq Türkiyə üçün hər zaman ciddi əhəmiyyət daşıyıb: “Bu mənada Türkiyənin həm Cənubi Qafqaz, həm də Yaxın Şərq siyasətinin aktiv şəkildə davam edəcəyini əminliklə söyləyə bilərik. Türk cümhuriyyətlərinin inteqrasiyası istiqamətində ardıcıl və sistemli siyasətin davam edəcəyi də birmənalı olaraq qeyd edilməlidir”.

Ekspert Türkiyənin Ermənistanla bağlı siyasətinin aydın və birmənalı olduğunu bildirib: “Bu siyasətin əsasında Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi iddiaları, Azərbaycanla münasibətləri, eyni zamanda qondarma soyqırım iddiasını dava etdirməsi durur. Bu formada qeyri-adekvat və hətta düşmən münasibətin davam etdiyi müddətdə Türkiyə ilə münasibətlərdə hər hansı ciddi irəliləyişlərin olacağı mümkün deyil”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR