İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğlunun sərvəti AÇIQLANDI - SİYAHI

2439 07.03.2024 15:40 Region A A

Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mal varlığını açıqlayıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, İmamoğlunun gəlir bəyannaməsində həyat yoldaşı Dilek Kaya İmamoğluna aid əmlakı da yer alıb.

Açıqlanan gəlir bəyannaməsində İmamoğluna məxsus 2002-ci ildə Bəylikdüzündə alınmış 2 mağaza, 2005-ci ildə təxminən 1 milyon TL-yə alınmış 1 ev, 2008-ci ildə Böyükçekmecedə alınmış 2 mağaza, eyni ildə Bəylikdüzündə alınmış 2 torpaq sahəsi, 2016-cı ildə Çanaqqalada alınmış ev, 2017-ci ildə Balıkesirdə alınmış torpaq, 2019-cu ildə Trabzonda alınmış ofis, 2021-ci ildə Çanaqqalada alınmış tarla, 2022-ci ildə Balıkesir Edremitdə alınmış ev və torpaq sahəsi var. İmamoğlunun bankda 1 silahı və 8 milyon 728 min TL-si var.

Dilek Kaya İmamoğlunun isə Bəylikdüzündə torpaq sahəsi və mağazası, Muğlada evi, Trabzonda evi, torpağı və tarlası var. 2013-cü ildə aldığı "Volkswagen" markalı cipi, bankda isə 395 min 737 dolları var.

imamoglu-mal-varligini-acikladi.jpg (112 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR