İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ: Bunu etmək vacibdir!

2112 11.01.2024 10:02 Səhiyyə A A

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir:

"Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəmizdə mövsümi qripə qarşı vaksinasiya kampaniyası davam edir. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı uşaq və böyüklərin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.

Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi risk qrupuna aid ölkə vətəndaşlarını mövsümi qripə qarşı peyvənd olunmağa çağırır".

Nazirliyin məlumatında qeyd edilib ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yeri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR